Scroll Top

Gənclərİn İnkİşaf və Karyera Mərkəzİ 
İnkişafın mərkəzindəSən!

GİKM – Gənclərin İnkişaf və Karyera Mərkəzi 2 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maddi-texniki bazası əsasında fəaliyyətə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 oktyabr 2019-cu il tarixli, 1454 saylı Sərəncamına uyğun olaraq, ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılmasına başlanılmışdır.

Hazırda respublika üzrə Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsi fəaliyyət göstərir.

BİZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ

Bizimlə sosial şəbəkələr vasitəsilə əlaqə saxlaya bilərsiniz.

vətənpərvərlik_icon
Vətənpərvərlİk
Könüllülük və Sosİallaşma

Karyera quruculuğu

Şəxsİ İnkİşaf

MəqsədİMİz:

  • Gənclərin azərbaycançılıq və dövlətçilik prinsiplərinə uyğun hərtərəfli inkişafını təmin etmək;
  • Regionlarda yaşayan gəncləri dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumatlandırmaq;
  • Müxtəlif proqramlara müraciət və onlarda iştirak imkanı yaratmaq;
  • Gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif təlimlər, təhsil və təcrübə proqramları təşkil etmək;
  • Gənclərin karyera və peşə seçimlərini dəstəkləmək, onları peşəkar həyata hazırlamaq;
  • Gənclərin asudə vaxtını səmərəli keçirmələrinə və sosiallaşmasına şərait yaratmaq;
  • Gənc istedadları üzə çıxarmaq.

Sən də bu imkanlardan yararlanmaq istəyirsənsə, özünə ən yaxın olan GİKM-ə müraciət et!

MəqsədİMİz:

Həyatımızda məqsədlərimizin olması bizə kontrol hissi, hər şeyi qaydasında saxlamaq, həyatın anlamla dolu olması və irəliyə hərəkət etmək üçün impuls verir. Məqsədin formalaşdırılması səyahətə hazırlıq kimidir : ilk öncə gedəcəyiniz ən son nöqtəni müəyyən edirsiniz, daha sonra isə o nöqtəyə getmək üçün plan hazırlayırsınız. Bizim GİKM olaraq həm “səyahət” etmək istədiyimiz ünvan, həm də ora çatmaq üçün planımız bəllidir.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin məqsədlərinin tam mərkəzində məhz gənclər dayanır. Bizim inkişafımızın mərkəzində məhz gənclər dayanır. Bizim məqsədlərimiz də bunu deyir:

  • Gənclərin azərbaycançılıq və dövlətçilik prinsiplərinə uyğun hərtərəfli inkişafını təmin etmək;
  • Rayonlarda yaşayan gəncləri dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumatlandırmaq və məsləhət vermək;
  • Müxtəlif proqramlara müraciət və onlarda iştirak imkanı yaratmaq;
  • Gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif təlimlər, təhsil və təcrübə proqramları təşkil etmək;
  • Gənclərin karyera və peşə seçimlərini dəstəkləmək, onları peşəkar həyata hazırlamaq;
  • Gənclərin asudə vaxtını səmərəli keçirmələrinə və sosiallaşmasına şərait yaratmaq;
  • Gənc istedadları üzə çıxarmaq.
038 heyder

“Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir,
xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı
dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib
öz xalqına, dövlətinə xidmət etməlidir.”

????????????????????????????????????

“Gənclər Azərbaycanın bu günü və gələcəyidir. Onların üzərinə böyük vəzifə
düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, onlar müstəqil
Azərbaycanın XXI əsrdə yaradanları, quranları, inkişaf etdirənləridir. Biz müstəqil
Azərbaycanın taleyini gələcəkdə gənclərə etibar edəcəyik, onlara tapşıracağıq.”

1üerty

“Əziz gənclər, siz çiçəklənən, gözəl bir ölkədə yaşayırsınız. Hamılıqla uğurlarınıza ürəkdən sevinirik. Zəngin bilikli və dərin mənəviyyatlı, vətənpərvər gənclik olaraq formalaşmağınız gələcəyə inamımızı artırır, qəlbimizi qürur hissi ilə doldurur. Sizinlə fəxr edirik! Azərbaycanın gələcəyi məhz sizlərin bilik səviyyəsindən və müasir innovativ texnologiyalara yiyələnmək bacarığınızdan asılı olacaq. Sizin dövlətimizin və xalqımızın etimadını layiqincə doğruldacağınıza inanıram.”

İnkİşaf səndən başlayır!
Ünvan

Baş ofis: C.Cabbarlı küç., 609, Globus Center
Şəhər və rayonlarda yerləşən Heydər Əliyev mərkəzləri

Əlaqə nömrəsi:
+994 12 597 56 30

Elektron poçt: info@gikm.az